9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan XİN başçısı: “Fransa parlamentinin qətnamələri münasibətlərimizə zərbə vurur”

“Fransa parlamentində qəbul olunan qətnamələr iki ölkənin münasibətlərinə zərbə vurur”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni səfiri Ann Buayon ilə görüşdə bildirib.

Görüşdə Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu da müzakirə edilib. Nazir Fransa tərəfindən səslənən qərəzli fikirlərin və Fransa parlamentində qəbul olunan qətnamələrin Azərbaycan-Fransa münasibətlərinə zərbə vurduğunu və sülh prosesinə töhfə vermədiyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər