12 C
Baku
Monday, November 18, 2024

Azərbaycan yağ istehsalçıları xam palma yağının xaricdən alışını kəskin artırırlar

Azərbaycanda digər qida yağılarının bahalaşmasından sonra yerli yağ istehsalçılarının palma yağına marağı artmaqda davam edir.

Banker.az-ın əldə etdiyi məlumata görə, 2022-ci ildə Azərbaycan xam palma yağının idxalını 44% miqdar baxımdan artırıb. Azərbaycan son illərdə Malayziya və İndoneziyadan idxal edirdi. İndi bu yağ fraksiyası həm də Kolumbiyadan alır. Bu son 5-6 ildə qeydə alınmış ilkdir.

Ötən il qida bazarları üçün qiymətlər od götürmüşdü. Ukrayna-Rusiya qanlı müharibəsindən sonra ticarət zənzirindəki mümkün qırılma riski həmçinin qida yağlarını da illərin rekord həddinə qədər bahalaşdırdı. Buna görə də bahalaşan günəbaxan, qarğıdalı, kərə yağlarının Azərbaycana gətirilməsi idxalçı şirkətlər tərəfindən azaldılsa da, bu bazarı sanki palma yağı boş qoymayıb. 2021-ci ildə xaricdən 50.53 min ton təşkil edirdisə, 2022-ci ildə bu miqdar 72.56 min tona qaldırılıb. Qarğıdalı yağının qiymətləri ilə bağlı ayrıca şərh vermişik.

Palma yağı ucuz olsa belə, ötən həmin hadisələrdən qaynaqlanaraq Kuala-Lumpur birjasında hər tonu üçün 1390 dollardan 1 780 dollara qədər bahalaşdı. Bu qiymətlər 2022-ci ilin avqustundan sonra səngiməyə başladı Hazırda bir tonu hətta ötən ildən 40% ucuzdur – 965 dollar ətrafında.

Xam palma yağının 13.47 min ton ($23.36 mln.) Malayziyadan, 56.11 min tonu ($86.66 mln.) İndoneziyadan, 3 min tonu ($5.8 mln.) Kolumbiyadan alınıb.

Azərbaycan palma yağının bir tonunu Malaziyadan 2021-ci ildə  $1282 aldğı halda, 2022-ci ildə $1 734-ə, İndoneziyadan 2021-ci ildə $1 190 aldığı halda, 2022-ci ildə $1 544-ə alıb. Kolubiyadan bu il alınan palma yağının orta qiyməti  $1 949 olub.tvc 8b9be964060ee9e4f0821ceeb3ca652d

Son xəbərlər
Digər xəbərlər