Azərbaycanda yanacaqdoldurma məntəqələrinin (YTM) avtomobil yanacağı üzrə satışları tarixi rekord yeniləyib.
Banker.az xəbər verir ki, ölkə ərazisində 2 milyard 547.63 milyon manatlıq avtomobil yanacağı satılıb.
Bunun 1 milyard 652.43 milyon manatlıq avtomobil benzini, 895.2 milyon manatlıq isə dizel yanacağıdır.
Avtomobil benzinin pərakəndə ticarət dövriyyəsi illik müqayisədə 1.6 faiz, dizelin isə 15.6% artmış olub.
Azərbaycanda Aİ-92 benzini və dizelin qiyməti hökumət tərəfindən tənzimlənir. 2021-ci ilin yanvarından benzinin qiyməti hər litr üçün 90 qəpikdən 1 manata, dizelin isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb. Bu öncəki ildə illik artıma xeyli dəstək olsa da cari ildə artıma səbəb ölkədə nəqliyyat vasitələrinin sərf etdiyi yanacağın artmasıdır.
Bunun üçün Dövlət Statistika Komitəsinin gstəricilərinə diqqət edək. 2022-ci ildə Azərbaycanda 1 milyon 282.7 min tonluq Aİ-92 benzini istehsal edilib. Bu da illik müqayisədə 1.4% artımdır.
Ölkədnin iqtisadiyyatının “yanacağı” sayılan dizelin istehsal həcmi isə illik müqayisədə 15.5% azalaraq 2 milyon 40 min ton olub.