16 C
Baku
Friday, November 22, 2024

Azərbaycan yanvarda 1 ton buğdanı orta hesabla 72 dollar daha ucuz alıb

2024-cü ilin yanvar ayında Azərbaycana 16 milyon 284 min dollar dəyərində 70 146 ton buğda idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 62.5%, miqdar ifadəsində 51% azalıb.

Belə ki, 2023-cü ilin ilk ayında Azərbaycana 43 milyon 423 min dollar dəyərində 142 656 ton buğda idxal olunmuşdu.

1 ton buğdanın orta idxal dəyəri 304 dollardan 232 dollara düşüb. Beləliklə, yanvarda Azərbaycana buğdanın bir tonu təxminən 72 dollar daha ucuz idxal olunub.

Son xəbərlər
Digər xəbərlər