6 C
Baku
Thursday, February 13, 2025

Azərbaycan yanvarda “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb

Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı 0,48 milyon barel təşkil edib.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında bildirilib.

Bu göstərici ötən ilin dekabr ayında qeydə alınmış göstərici ilə eynidir.

IEA analitiklərinin hesablamalarına görə, yanvarda Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” razılaşması çərçivəsində plandan 0,07 milyon barel geri qalıb.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya görə, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 0,551 milyon barel təşkil edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər