Azərbaycan yaşayış üçün əlverişli olan ölkələrin sıralamasında 23-cü yeri tutub. “GoBankingRates” nəşrinin tərtib etdiyi reytinqdə Azərbaycan Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran kimi qonşu ölkələrdən irəlidədir.
Qeyd edək ki, yaşayış üçün əlverişlilik reytinqi dörd parametr – yerli alıcılıq qabiliyyətinin gücü, kiraye, ərzaq, istehlak qiymətlərinin indeksləri əsasında tərtib edilib.
Nəşr qeyd edir ki, Nyu Yorkla müqayisədə 50 ölkədə kirayə haqqı 70%, ərzaq indeksi 40%, istehlak mallarının qiymətləri və xidmət üçün qiymət isə 30% ucuzdur.
Reytinqdə 23-cü yeri tutmuş Azərbaycanda yerli alıcılıq qabiliyyəti indeksi Nyu-Yorkla müqayisədə 59,6% azdır. Amma kirayə indeksi 88,5%, ərzaq indeksi 74%, yerli mal və xidmətlər isə 69,3% aşağıdır.
“GoBankingRates” qeyd edir ki, ölkəmizin iqtisadiyyatının əsas qüvvəsi neft və neft məhsulları da daxil olmaqla təbii resurslardır. Azərbaycanda qida məhsulları və istehlak mallarının aşağı qiymətə olması da vurğulanır. Məsələn, Bakıda yaşayış dəyəri Nyu-Yorkdakından 70% ucuz başa gəlir.
Qeyd edək ki, reytinqdə Ermənistan 42-ci yeri tutub. Gürcüstan 29-cu, Türkiyə 31-ci, Rusiya 39-cu olarkən İran heç 50 ölkəlik siyahıya düşməyib.
Report