1 C
Baku
Tuesday, February 10, 2026

Azərbaycan “yaşıl enerji” tarixində ilk karbon kreditləri alıb

“SOCAR Trading” və “AzərEnerji” ASC-nin əməkdaşlığı çərçivəsində Laçın rayonunda yerləşən “Mirik” və “Qaraqışlaq” kiçik su elektrik stansiyalarını əhatə edən Hidro-3 layihəsi beynəlxalq karbon bazarına uğurla daxil olub.

“AzərEnerji”dən  verilən məlumata görə, layihə 28 may 2025-ci il tarixində dünyanın aparıcı karbon sertifikatlaşdırma qurumlarından biri olan Gold Standard tərəfindən qeydiyyata alınıb, 28 yanvar 2026-cı il tarixində Hidro-3 layihəsi üzrə karbon kreditləri rəsmi şəkildə təqdim edilib.

Bununla da, Hidro-3 layihəsi Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə əldə edilmiş ilk beynəlxalq karbon kreditləridir.

Karbon kreditləri 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək olan dövrü əhatə edir və ümumi həcmi 10 745 karbon vahidi təşkil edir. Bu göstərici layihənin istixana qazı emissiyalarının azaldılmasına real və ölçülə bilən töhfə verdiyini təsdiqləyir.

Bu nailiyyət Azərbaycanın yaşıl enerji strategiyasının uğurla icra olunduğunu və Qarabağ bölgəsinin bərpa olunan enerji potensialının beynəlxalq səviyyədə tanındığını bir daha nümayiş etdirir.

698b09cf0b9cb698b09cf0b9cc1770719695698b09cf0b9c9698b09cf0b9ca 698b09cf51142698b09cf511431770719695698b09cf51140698b09cf51141

Son xəbərlər
Digər xəbərlər