15 C
Baku
Friday, November 15, 2024

Azərbaycan “yaşıl enerji zonaları”nın yaradılması üzrə pilot layihələrə başlayıb

Azərbaycan “Yaşıl enerji zonaları”nı milli inkişaf üçün əsas pilot layihə kimi müəyyən edib.

Bunu energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində təşkil olunmuş. Enerji Təşəbbüsləri üzrə Nazirlər Görüşündə bildirib.

“Biz Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda xalis sıfır emissiyaya doğru ümummilli enerji keçidinin əsasını təşkil edəcək “Yaşıl enerji zonaları”nın yaradılması üzrə pilot layihələrə başlamışıq”, – o qeyd edib.

Nazir müavini həmçinin bu təşəbbüsləri investorlar və beynəlxalq maliyyə təşkilatlarının dəstəkləməsinin vacibliyini vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər