Azərbaycan bu il strateji ərzaq məhsulu olan yazlıq kartof əkinlərini 15 faiz azaldır.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, yazlıq əkinlərində kartof əkin sahəsi 10 007.5 hektarı əhatə edəcək. 2024-cü ildə 11 772.1 hektar ərazi kartof əkilmişdi.
Ölkədə ən iri kartof əkinlərini həyata keçirən Cəlilabad rayonunda əkin sahələri illik müqayisədə 23 faiz azalaraq 2 000 hektara düşərkən, ikinci ən iri kartof istehsalçısı Tovuz isə daha kəskin – 56 faiz azalaraq 739 hektara düşüb.