12 C
Baku
Saturday, May 18, 2024

Azərbaycan yeganə təkrarsığorta şirkətinin xalis mənfəəti kəskin düşdü

“AzRe Təkrarsığorta” 2020-ci ili 154 min 544 manat xalis mənfəət ilə başa vurub. 2019-cu ildə isə şirkətin mənfəəti 25 milyon 586 min 398 manat idi. Belə ki, şirkətin mənfəəti 166 dəfəyə yaxın azalıb.

Banker.az bu barədə təkrarsığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə “AzRe Təkrarsığorta”nın cəmi gəlirləri 48 milyon 565 min manat (illik müqayisədə 20% az), cəmi xərcləri isə 48 milyon 14 min manat (illik müqayisədə 69% çox) olub. 2019-cu ildə “AzRe Təkrarsığorta”nın gəlirləri 60 milyon 383 milyon manat, xərcləri 28 milyon 438 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “AzRe Təkrarsığorta”nın aktivləri 128 milyon 413 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 3.4% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2 dəfəyə yaxın artaraq 59 milyon 359 min manata, balans kapitalı isə 26% azalaraq 69 milyon 55 min manat olub.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 91.11%-lik səhmdarıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər