Finlandiyanın Rusiyada fəaliyyət göstərən “Viola” şirkəti MDB ölkələrinə, o cümlədən Azərbaycana yeni brend altında süd məhsullarının ixracına başlayacaq.
Banker.az “Viola” şirkətinə istinadən xəbər verir ki, noyabr ayından, MDB ölkələri üçün xüsusi olaraq hazırlanmış yeni “Creamburg” brendi ilə yağların, pendirlərin, kəsmiklərin ixracına başlanılacaq.
İlk yüklər Azərbaycan, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Özbəkistan və Tacikistana göndəriləcək.