10 C
Baku
Tuesday, October 29, 2024

Azərbaycan yeni snayper silahları və üç adda pulemyot istehsal edib

Azərbaycan yeni snayper silahları istehsal edib.

YST-24 və YST-24 adlı snayper silahları ilk dəfə ADEX sərgisində nümayiş olunur.

Çəkisi 3.8 kq və güllə tutumu 10 ədəd olan bu silahların 1100 metr atış məsafəsi var.

Bundan başqa, Azərbaycan üç adda yeni pulemyot istehsal edib.

AZ 14.5 adlı pulemyotun kalibri 14,5 x114 olan silah yüngül zirehli texnikalara quraşdırılır.

İPP 12.7 AH 12.7 adlı pulemyotlarında kalibri 12,7×108 olan pulemyot silah yüngül zirehli texnikalara quraşdırılır.

Pulemyotlar canlı və yüngül texniki vasitələri məhv etmə qüvvəsinə malikdir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər