8 C
Baku
Wednesday, February 18, 2026

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 4.5 milyon manata proqram təminatı xidmətləri alır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “E-CMR və TTP, Təhlil və hesabat sistemi, E-nəzarət, BRMS proqram təminatlarının hazırlanması, Zəng mərkəzi proqram təminatının təkmilləşdirilməsi və illik texniki dəstək xidmətinin göstərilməsi” üzrə satınalma həyata keçirib.

Banker.az-ın məlumatına görə, müsabiqənin qalibi AZ Softvare System Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Qalib şirkətlə 4 milyon 517 min manat məbləğində müqavilə bağlanılıb.

Layihə çərçivəsində E-CMR və TTP sistemlərinin qurulması, təhlil və hesabat mexanizmlərinin yaradılması, elektron nəzarət modulunun tətbiqi, BRMS proqram təminatının hazırlanması, həmçinin zəng mərkəzi proqramının təkmilləşdirilməsi və illik texniki dəstək xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər