9 C
Baku
Friday, November 15, 2024

Azərbaycanda ətin idxalı 58% artıb

2019-cu ilin yanvarında Azərbaycana xaricidən idxalda yeyinti məhsullarının həcmi 112,17 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 % artıb. 

Banker.az bu barədə Dövlət Gömrük komitəsinə istinad edir.

Yeyinti məhsullarında da daha çox artım ət məhsullarının idxalının payına düşür. Belə ki, 2019-cu ilin yanvarında 7,02 milyon manat təşkil edirdisə, ötən il isə bu göstərici 4,43 milyon manat təşkil edib. Bu da onu göstərir ki, ötən illə müqayisədə 58% artım deməkdi.

Xaricə idxal edilən yeyinti məhsullarından əsas pay meyvə-tərəvəz məhsullarının payına düşür. Qeyd edək ki, bu ilin2019-cu ilin yanvar ayında Azərbaycan 43,43 mln. ABŞ dolları dəyərində 47,394 min ton meyvə-tərəvəz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,545 mln. dollar (və yaxud 24,5%) və 13,453 min ton (və yaxud 39,6%) çoxdur. Ötən ay meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 3,4%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər