2017-2018-ci illər Qlobal rəqabət qabiliyyətlilik indeksi versiyası üzrə ən yaxşı və pis yol infransturkuruna malik ölkələrin siyahısı tərtib olunub.
Siyahıya 137 ölkə daxil edilib.
Yolların keyfiyyəti 1-7 bal üzrə qiymətləndirilir, bununla belə heç bir ölkə ən yüksək bal toplaya bilməyib.
Ən pis yol infrastrukturuna malik ölkə Mavritaniya olub. Bu ölkəyə 2 bal verilib. Onun ardınca 2,1 balla Konqo Demokratik Respublikası və Haiti qərarlaşıb. Dördüncü və beşinci yerləri yolları 2,2 bal qiymət alan Madaqaskar və Qvineya tutub. Onların ardınca Yəmən (2,3 bal), Paraqvay (2,4), Ukrayna (2,4), Mozambik (2,5) və Moldova (2,5 bal) gəlir.
Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə siyahıda bir çox dünya və Avropa ölkələrini geridə qoyaraq 36-cı pillədə qərarlaşıb. Ölkənin yolları 4,8 bal səviyyəsində qiymətləndirilib.
Reytinqdə ən yaxşı BƏƏ (6,4 bal), Sinqapur (6,3), İsveçrə (6,3), Honkonq (6,2), Niderland (6,1), Yaponiya (6,1), Fransa (6), Portuqaliya (6), Avstriya (6), həmçinin ABŞ-ın (5,7) yolları ən yaxşı hesab edilib.
MDB-də ilkiy
Azərbaycan yolların keyfiyyəti baxımından MDB ölkələri arasında 1-ci yeri tutub.
“Deutsche Welle”yə istinadən, bu barədə Dünya İqtisadi Forumunun hesabatında deyilir.
Azərbaycan ümumi reytinqdə 137 ölkə arasında 36-cı yeri tutub. Region ölkələrindən Türkiyə 30-cu, İran-71-ci, Gürcüstan 82-ci, Ermənistan 85-ci, Rusiya 114-cü yerdə qərarlaşıb.
Bununla yanaşı, hesabatda Azərbaycandakı yolların vəziyyətinin ötən illə müqayisədə yaxşılaşdığı bildirilir.
Dünyanın ən yaxşı yolları isə Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və İsveçrədədir. Ən keyfiyyətsiz yol isə Haiti, Konqo və Mavritaniyadadır.