11 C
Baku
Saturday, November 16, 2024

Azərbaycan yükləri Rusiyaya yoxlanılmadan keçəcək

Rusiya gömrük xidməti bu gün Azərbaycanda tədbiq olunan gömrük təminatlarını şübhəsiz qəbul edəcək.Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib. Komitə sədri bildirib ki, bundan sonra Azərbaycanda verilən keyfiyyət sənədləri Rusiya tərəfindən qəbul ediləcək və yüklər yoxlanılmadan Rusiya tərəfinə keçiriləcək .Bu, həm də ticarət dövriyyəsinin sürətləndirilməsinə gətirib çıxaracaq. Aydın Əliyev bu sahədə hal-hazırda müəyyən irəliləyişin olduğunu desə də, problemlərin mövcudluğunu da etiraf edib. Belə ki, Rusiyada rublun başqa valyutalara qarşı məzənnəsinin stabil olmaması ticarət dövriyyəsinin artımına gətirib çıxartmır.

“Amma ümid edirik ki, bu maliyyə prosesi Rusiyada stabilləşəndən sonra irəliləyişi,sıçrayışı biz görəcəyik” deyə Aydın Əliyev bildirib.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər