9 C
Baku
Thursday, January 23, 2025

Azərbaycan zəlzələlərə qarşı dayanıqlı tikililər üçün yeni texnologiya tətbiq edir

AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi zəlzələ təhlükəsinə qarşı yeni texnologiyalar tətbiq edərək binaların dayanıqlılığını artırmağı hədəfləyir.

Bunu mərkəzin direktoru professor Azər Qasımzadə deyib. O bildirib ki, müasir dövrün tikinti normativləri zəlzələ riski altında olan bölgələrdə binaların funksional itkisini və zərərini nəzərə alaraq, insanların həyatını qorumağa yönəlir. Mərkəzin həyata keçirdiyi tədqiqatlar, yüksək seysmik performanslı binaların tikintisini təmin etmək və şəhərlərin təhlükəsizliyini artırmaq məqsədini güdür.

Professor Azər Qasımzadə mərkəz tərəfindən əhəyata keçirilən plastik deformasiya və seysmik izolyasiya üsullarının binaların dayanıqlığını artırdığını və zəlzələlərdən sonra bu qurğuların istifadəsinin davamlı olmasına kömək etdiyini qeyd edib. O bildirib ki, mərkəz bu sahədəki ən yeni texnologiyaları tətbiq edərək daha etibarlı və sərfəli tikinti həlləri təklif edir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər