Azərbaycan 2023-cü ilin birinci rübündə ixracyönümlü karbamidin istehsalını kəskin azaldıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, hesabat müddətində ölkə ərazisində 99.3 min ton həcmində azot gübrəsi (karbamid) istehsal edib.
Bu da 2022-ci ilin eyni dövründən 34.3% az olması deməkdir. DSK-nin məlumatları göstərir ki, 01 aprel 2023-cü il vəziyyətinə hazır karbamid ehtiyatı 14 min ton təşkil edir.
Azərbaycanda karbamid SOCAR-ın Sumqayıtdakı Karbamid Zavodunda istehsal edilir. 2019-cu ilin əvvəlində SOCAR-ın Karbamid zavodu istismara verilib. Ümumi ərazisi 39.27 hektardır. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarətdir. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qaz istifadə edilir. İstehsal üçün illik qaz sərfiyyatının 435 milyon m3 (gündəlik 1.32 milyon m3) civarındadır. Zavodda gündəlik 1200 metrik ton ammonyak və 2 000 metrik ton karbamid istehsal etmək mümkündür.
Azərbaycan gübrəsinə (karbamid) ötən il daha baha və daha yuxarı həcmdə ixrac etmişdi. Belə ki, 2022-ci il ərzində 10 yeni ölkə müştəri çıxıb və onun qiyməti öncəki ildən 59% bahadır.
Banker.az-ın əldə etdiyi rəsmi statistikaya görə, ölkədən xaricə azot gübrəsi ixracı illik müqayisədə 37 510 ton, yaxud 12% artıb. İxracın həcmi 360 077 tona çatmaqla ümumilikdə $209.72 mln. ölkəyə valyuta daxil olub.
Azərbaycanın azot gübrəsinin yeni müştəriləri Argentina (12 539 ton), Böyük Britaniya, (7 540 ton), Hindistan (52 661 ton), İspaniya (603 ton), İsrail (4 554 ton), Moldova (29 876 ton), Pakistan (13 988 ton), Polşa (18 665 ton), Ukrayna (7 006 ton) və Yunanıstandır (2 980 ton).
Azərbaycan 2022-ci ci ildə azotu ortalama 582 dollar/ton ilə ixrac edib. Bu 2021-ci ildə 367 dollar/ton ortalama dəyər olduğunu nəzərə alsaq, 2022-ci ildə öncəki ildən hər tonda 215 dollar, yaxud 59% baha satıb.
Satılan azot gübrəsini ən baha Argentinaya, yəni bir tonu ortalama $900-ə satıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar
Məhsul növləri | 2023-cü ilin yanvar-mart aylarında
istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.04.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları | |||
Təsirsiz qazlar, min kub metr | 12612,7 | 140,3 | 107,4 |
ondan: | |||
azot, min kub metr | 5727,3 | 104,4 | 103,0 |
Lak-boya məmulatları, ton | 5645,8 | 106,1 | 172,0 |
Qeyri-üzvi kimyəvi maddələr, min ton | 7550,0 | 110,9 | 5130,0 |
ondan: | |||
yod, ton | 49,2 | 139,0 | 35,5 |
Üzvi kimyəvi maddələr, min ton | 214,1 | 78,3 | 16,8 |
ondan: | |||
etilen, min ton | 47,3 | 114,3 | 1,0 |
propen (propilen), min ton | 43,4 | 108,5 | 1,8 |
metanol (metil spirti), min ton | 75,3 | 51,2 | 5,0 |
Etil spirti, min dkl | 3,0 | 125,0 | 35,5 |
Gübrə və azot birləşmələri, min ton | 99,3 | 65,7 | 14,0 |
ondan: | |||
karbamid, min ton | 99,3 | 65,7 | 13,8 |
İlkin formada plastik kütlə, min ton | 89,0 | 113,1 | 36,4 |
ondan: | |||
polietilen, min ton | 47,4 | 113,1 | 12,0 |
Yapışqan və yapışdırıcı maddələr, min ton | 20,8 | 101,0 | 4,7 |
Əczaçılıq məhsullarının istehsalı | |||
Dərmanlar, min manat | 3288,2 | 6,6 | 247,9 |
Tibbi maskalar, milyon ədəd | 0,2 | 1,7 | 5,4 |
Rezin və plastik kütlə məmulatlarının istehsalı | |||
Plastmas, çubuqlar, millər və profillər, ton | 1749,9 | 138,0 | 5,5 |
Sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və
şlanqlar, ton |
8406,8 | 149,5 | 2511,8 |
Polietilendən kisə və çantalar, ton | 3806,1 | 97,6 | 182,8 |
Plastmas butulkalar, flakonlar və oxşar məmulatlar, min ədəd | 15532,1 | 172,0 | 10812,6 |
Polietilendən başqa, digər plastmas kisələr və çantalar, ton | 356,2 | 24,0 | – |
Döşəmə, divar və tavan üçün plastik kütlədən rulon və ya plitka şəklində örtük, min kv. metr | 55,4 | 72,0 | – |
Digər plastmasdan tikinti məmulatları, ton | 550,2 | 55,5 | 803,4 |
Məsaməli plastik kütlədən sair plastinlər, lövhələr, ton | 369,3 | 50,5 | 80,6 |