Azərbaycan son üç ildə böyük həcmdə zeytun yağının istehsalına başlamaqla istehlakı qarşılamağa çalışır.
2021-ci ilin ilk rübü ərzində 287.4 ton həcmində saflaşdırılmış zeytun yağı istehsal etdiyini açıqladı.
Banker.az xəbər verir ki, bu da, 2020-ci ilin eyni dövrünü 92.1 ton, yaxud 47% üstələmiş oldu.
Ölkədə əsasən Abşeron yarmadasında yetişdirilən bu tropik ağacdan yağ istehsalı 2018-ci ildən rəsmi olaraq statistikalarda yer almağa başlayıb. 2018-cu il ərzində 795.4 ton həcmində bu duru yağdan istehsal edib, yerli bazara yönəldilmişdi.
2019-cu il ərzində Azərbaycanda zeytundan alınan bu qida yağının həcmi öncəki illə müqayisədə 33% artımla 1 055.1 tona, 2020-ci ildə isə öncəki ildən bir qədər az olmaqla 1 014 ton olmuşdur.
Hazırda Azərbaycanda “Gilan Holding” (Gilan Zeytun) və “Azersun Holding”də (“Bakı Qida və Yağ Fabriki”) bu yağlar istehsal edilir.
Cari ilin ilk rübündə istehsal edilmiş zeytun yağının hamısı əmtəəlik olmuşdur. Buradan isə bazara 296 min ton həcmində zeytun yağı çıxarılıb.
Azərbaycanda mətbəxdə bu duru yağın son illərdə populyarlıq qazanması daxili istehsalla yanaşı, xaricdən alışını da artırıb.
2018-ci ildə Azərbaycan xaricdən 869.04 ton həcmində zeytun yağı hazır məhsul kimi idxal etmişdi. Buna görə, ölkəni həmin müddətdə 2.49 milyon dollarlıq valyuta tərk etmişdi. Növbəti 2019-cu ildə idxalın həcmi böyük artımla 1 493 tona (3.03 milyon dollar) və 2020-ci ildə isə 1 805 ton (3.58 mln. dollar) həcminə qədər yüksəlib.
Zeytun yağının yerli istehsal olunmuşu ölkə bazarında hər litri 11 manatdan yuxarı, idxal olunmuşun isə manatdan 14.90 manatdan yuxarı satılır.
Göründüyü kimi, bu qıda yağının növbəti illərdə mətbəxdə daha da populyarlıq qazanaraq artacağı fonunda daxili istehlakı qarşılamaq üçün indikindən 2-3 dəfə istehsal həcmin artırılmasına ehtiyac yaranacaq.
2019/20-ci illərin göstəricisinə görə dünyada zeytun istehsalına görə TOP 3 ölkə:
- İspaniya – 1 125 300 ton
- İtaliya – 366 000 ton
- Tunis – 350 000 ton
GÜNƏBAXANIN İSTEHSALI DA ARTDI
2021-ci ilin ilk rübündəki göstəricilərə görə, 10 903.8 ton həcmində günəbaxanda duru yağ alınıb, bunun əlavə olaraq anbardakı qalıqla birlikdə 11 274.9 ton həcminə bazara məhsul çıxarılıb.
Günəbaxanın istehsal həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu il 20% çoxdur.
Pambıq çiyidindən (əsasən AzersunHolding edir) alınan duru yağın həcmi daha kəskin artıb. 2020-ci ilin ilk rübündə 208.6 ton həcmində pambıq yağı istehsal etdiyi halda, 2021-ci ildə bu rəqəmi 3.3 dəfə artırmaqla 700.5 tona yüksəldib. Qeyd edək ki, bu yağı Azərbaycan əsasən Orta Asiya ölkələrinə ixrac edir. Məsələn, ötən il ərzində 1 727 ton, yaxud 1.11 mln. dollar həcmində Türkmənistana pambıqdan alınan bu duru yağdan ixrac etmişdi.