-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycana ən çox dollar gətirən 5 özəl şirkət

2022-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət və özəl şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2022-ci ilin oktyabr sayında öz əksini tapıb.

Siyahıya 95.8 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 76.4 milyon dollar ixrac həcmi ilə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi gəlir.

Ölkəyə ən çox gəlir gətirən növbəti üç şirkət isə – “Baku Steel Company” (31.1 milyon dollar), “Mors Trading” (29.2 milyon dollar), “Almeyvə”dir. (28.4 milyon dollar)

Dövlət Şirkətlərindən isə ilk yerlərdə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyat İdarəsi, “SOCAR Polymer” MMC və “Azəralüminium” MMC-dir.

Son xəbərlər
Digər xəbərlər