Azərbaycan ən çox malları Rusiya, Türkiyə və Çindən alır. Ötən ildən başlayaraq idxalda əsas ölkələr sıralamasında irəliləyən bir ölkə var – Almaniya.
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan əsas on beş ticarət tərəfdaşı ilə ümumi dəyəri 4,9 mlrd. ABŞ dollarından çox idxal əməliyyatları həyata keçirib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycan ən çox Rusiyadan idxal edib. Bu ölkədən sonra isə əsas idxal Türkiyə, Çin və ABŞ-dan həyata keçirilib.
Ötən ilin müvafiq dövründə siyahıda 7-ci yerdə, cari ilin may ayında 6-cı yerdə olan Almaniya 2020-ci ilin iyul ayında 5-ci yerə qalxıb. Yəni yanvar-iyunda ABŞ Azərbaycanın ən çox mal aldığı 5-ci ölkə olub.
Bu ilin 6 ayında Azərbaycanın Almaniyadan idxalı 263,062 milyon dollar təşkil edib.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın idxalında əsas ölkələrin reytinqi: