Azərbaycan ən çox malları Rusiya, Türkiyə və Çindən alır. Ötən ildən başlayaraq idxalda əsas ölkələr sıralamasında irəliləyən bir ölkə var – Ukrayna.
Bu ilin yanvar-may ayları ərzində Azərbaycan əsas on beş ticarət tərəfdaşı ilə ümumi dəyəri 4,2 mlrd. ABŞ dollarından çox idxal əməliyyatları həyata keçirib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycan ən çox Rusiyadan idxal edib. Bu ölkədən sonra isə əsas idxal Türkiyə, Çin və ABŞ-dan həyata keçirilib.
Ötən ilin müvafiq dövründə siyahıda 10-cu yerdə, cari ilin aprel ayında 7-ci yerdə olan Ukrayna may ayında artıq 6-cı yerə qalxıb.
2019-cu ilin 5 ayında Azərbaycanın Ukraynadan idxalı 179,201 milyon dollar ikən, bu ilin 5 ayında bu ölkədən idxal 180,886 milyon dollar təşkil edib.
Bu ilin yanvar-may aylarında Azərbaycanın idxalında əsas ölkələrin reytinqi: