6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycana ən çox valyuta gətirən şirkətlər açıqlandı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin oktyabr sayı təqdim olunub. Banker.az-a bu barədə Qurumdan daxil olan məlumatda deyilir.

İcmalın bu sayında  göstərilir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının ixracı 14,3 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon ABŞ dolları olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 138 milyon ABŞ dolları və ya 13 faiz  artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 402,2 milyon, Türkiyəyə 275,6  milyon, İsveçrəyə 105,2 milyon Gürcüstana 97,4  milyon və Qazaxıstana 34,3  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyaraq 145 milyon ABŞ dolları həcmində olub. Bu siyahıda qızıl (93 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (68 milyon ABŞ dolları) üçüncü olub.  

Ümumiyyətlə 2018-ci ilin yanvar- sentyabr ayları ərzində meyvə-tərəvəz ixracı 342,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 95,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 64,3 milyon, pambıq lifi ixracı 62,7 milyon, kimya sənayesi məhsullarının ixracı 56,9 milyon, pambıq ipliyi ixracı 17 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 9 ayında pambıq lifinin ixracı 2,3 dəfə, elektrik enerjisinin ixracı 64,6 faiz, pambıq ipliyinin ixracı 37,8 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 22,9 faiz, meyvə-tərəvəzin ixracı 11,8 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5,5 faiz artıb.

2018-ci ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 114 milyon ABŞ dolları təşkil edib və ən çox mal ixrac edilən ölkələrin siyahısına  Rusiya (27 milyon ABŞ dolları) başçılıq edib. Daha sonra bu siyahıda Türkiyə (25,7 milyon ABŞ dolları), İsveçrə (13 milyon ABŞ dolları), Gürcüstan (8,9  milyon ABŞ dolları) və Qazaxıstan (3,8 milyon ABŞ dolları) qərarlaşıb. Sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (12 milyon ABŞ dolları) birinci, qızıl (11,9 milyon ABŞ dolları)  ikinci, metanol (7,1 milyon ABŞ dolları) isə üçüncü olub.

 “İxrac İcmalı”nın sentyabr sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin siyahısında “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Kapitan Fruits” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” MMC, “Qala meyvə-tərəvəz ixracat idxalat” MMC, “Azfruittrade” MMC, “Food Export Şəmkir” MMC,  “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC və “Sun Food” MMC önə çıxıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: “Det-al Alüminium” MMC, “Azərenerji” ATSC, “Azergold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “SOCAR Methanol” MMC, “CTS-Agro” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, Naxçıvan  MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC.

 

Son xəbərlər
Digər xəbərlər