13 C
Baku
Friday, April 19, 2024

Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək

2020-ci ildə 20 işgüzar tədbirin Azərbaycana cəlb olunması üçün namizədlik irəli sürüləcək”.

Dövlət Turizm Agentliyinə istinadən xəbər verilir ki, bu barədə Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən X Avrasiya Tədbirlər Forumunda (EFEA) çıxış edərkən bildirib.

O bildirib ki, böyükmiqyaslı beynəlxalq tədbirlərin Azərbaycan turizminin inkişafına verdiyi töhfələr, ölkəmizdə işgüzar tədbirlər sənayesinin inkişafı üçün görülən işlər və mövcud işgüzar turizm imkanları barəsində məlumat verilib.

Qeyd edək ki, yanvarın 22-24-də baş tutan tədbirdə Rusiyanın 20bölgəsindən və 8 xarici ölkədən işgüzar tədbirlər sahəsində ixtisaslaşmış assosiasiyalar və birliklərin 500-dən çox nümayəndəsi bir araya gəlib. Forumda işgüzar tədbirlər sənayesinin müxtəlif istiqamətləri, müasir tendensiyalar, təbliğat və digər məsələlər barəsində panel müzakirələr keçirilir.

Son xəbərlər
Digər xəbərlər