Asiya İnkişaf Bankı (AİB) Azərbaycana strateji islahatların dəstəklənməsi üçün $225 min məbləğində texniki yardım ayırıb. Bu barədə mənbəyə* bankdan məlumat verilib.
“Texniki yardımın əsas məqsədi Milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xətirəsinin səmərəli şəkildə həyata keçirilməsinə kömək etməkdir”, – deyə məlumatda bildirilir.
Bununla əlaqədar texniki yardım yeni ideyaların müəyyənləşdirilməsi və ən yaxşı beynəlxalq praktikanın tətbiqi hesabına strateji islahatların hazırlanması və həyata keçirilməsinin sürətləndirilməsinə yönəlib.
“Texniki yardım hesabına iki nəticəyə nail olunması planlaşdırılır: strateji islahatların həyata keçirilməsinə sürətli keçidin və nou-hau-ların tətbiqi üçün Azərbaycan hökumətinin potensialının möhkəmləndirilməsinin təmin edilməsi”, – deyə bankdan vurğulayıblar.
Texniki yardım çərçivəsində orta və uzunmüddətli dövr üçün dövlət müəssisələrinin iqtisadiyyatda rolunun qiymətləndirilməsi; dövlət müəssisələrinin səmərəliliyinin artırılmasının təhlili; ölkədə rəqabətin inkişafının stimullaşdırılması üçün tədbirlərin görülməsi; dövlət və özəl sektor arasında dialoqa yardım edilməsi planlaşdırılır.
Texniki yardım 31 mart 2019-cu il tarixinədək olan dövrü əhatə edir.