Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası bu il noyabr ayının 1-də “Təmiz şəhər” ASC-yə kredit verilməsini təsdiq etməyi planlaşdırır.
Hazırda bank layihənin konsepsiyasını nəzərdən keçirir.
Məlumatda qeyd olunur ki, 39 milyon həcmində kredit Bakıda və Abşeron yarımadasında bərk məişət tullantılarının idarə olunmasının maliyyələşdirilməsi üçün ayrılacaq.
AYİB texniki yardımla birgə layihəyə ümumilikdə 40,3 milyon dollar ayıracaq.