7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycana “ağ qızıl”dan valyuta daxilolması azalıb

Bu ilin 9 ayında Azərbaycandan 63 min 314 ton pambıq lifi göndərilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

2020-ci ilin yanvar-sentyabr aylarında ixrac edilən pambıq lifinin dəyəri 83 milyon 861 min ABŞ dolları olub.

Ötən ilin eyni aylarında ölkədən 86 milyon 747 min dollarlıq 61 min 774 ton pambıq lifi ixrac edilib. Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 3.3% azalıb, miqdar ifadəsində isə 2.3% artıb.

Onu da qeyd edək ki, 9 ay ərzində Azərbaycandan 12 milyon 57 min dollarlıq 5 min 881 ton pambıq ipliyi ixrac edilib. 2019-cu ilin müvafiq dövründə isə pambıq iplik 22 milyon 532 min dollar vəsait gətirmişdi və ixrac olunmuş məhsulun həcmi 9 min 395 ton olmuşdu. İllik müqayisədə ixrac edilən pambıq ipliyin dəyəri 2 dəfəyə yaxın, miqdarı isə 37.4% azalıb.

Son xəbərlər
Digər xəbərlər