9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycana BƏƏ-dən gələn turistlərin sayı 2 dəfədən çox artıb

2021-ci ildə ölkəmizə gələnlərin 32,6 %-i Rusiya, 25 %-i Türkiyə, 15,8 %-i İran, 7,9 %-i Gürcüstan, hər birindən 2,2 % olmaqla Ukrayna və BƏƏ, 1,2 %-i Böyük Britaniya, 1,1 %-i Səudiyyə Ərəbistanı, 0,9 %-i Qazaxıstan, 0,8 %-i İsrail, hər birindən 0,7 % olmaqla Almaniya, Belarus və Hindistan, 0,6 %-i ABŞ, 0,5 %-i Özbəkistan, hər birindən 0,4 % olmaqla İtaliya və Pakistan, 0,3 %-i Türkmənistan, 6 %-i digər ölkələrin vətəndaşları olub.

2020-ci illə müqayisədə Gürcüstandan gələnlərin sayı 66 %, Hindistandan – 55,3 %, Səudiyyə Ərəbistanından – 26 %, Özbəkistandan – 20,3 %, Qazaxıstandan – 18,5 %, Belarusdan – 5,1 % azalıb, BƏƏ-dən gələnlərin sayı 2,2 dəfə, İrandan – 72,2 %, ABŞ-dan – 69,3 %, Almaniyadan – 67,7 %, İsraildən – 57 %, Böyük Britaniyadan – 33,7 %, İtaliyadan – 24 %, Türkiyədən – 23,3 %, Rusiyadan isə 14,7 % artıb.

İl ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 % artaraq 35,4 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 43,7 % artaraq 159 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 % artaraq 297,7 min nəfər olub.

Son xəbərlər
Digər xəbərlər