12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycana bir ton buğdanın idxal dəyəri 70 dollar bahalaşıb

2022-ci ilin Yanvar-mart ayında Azərbaycana 62 milyon 391 min dollar dəyərində 182 min 864 ton buğda idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni ayı ilə müqayisədə buğda idxalının dəyəri 31% artıb, miqdarı isə 3% azalıb.

Belə ki, 2021-ci ilin Yanvar-mart ayında Azərbaycana 47 milyon 750 min dollar dəyərində 187 min 945 ton buğda idxal edilmişdi.

2022-ci ilin mart ayında Azərbaycana 10 milyon 438 min dollar dəyərində 32 min 266 ton buğda idxal edilmişdir.

Bir ton buğdanın idxal qiyməti ötən ilin martında 254 dollar ikən, 2022-ci ilin martında 324 dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər