16 C
Baku
Friday, November 22, 2024

Azərbaycana bir ton buğdanın idxal dəyəri 86 dollar ucuzlaşıb

2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana 210 milyon 742 min dollar dəyərində 792 331 ton buğda idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 20% azalıb, miqdar ifadəsində 6.5% azalıb.

Belə ki, 2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycana 262 milyon 66 min dollar dəyərində 744 200 ton buğda idxal olunmuşdu.

1 ton buğdanın orta idxal dəyəri 352 dollardan 266 dollara düşüb. Beləliklə, bu il Azərbaycana buğdanın bir tonu təxminən 86 dollar daha ucuz idxal olunub.

Son xəbərlər
Digər xəbərlər