12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycana birbaşa xarici investisiyalar 4,5 mlrd. dollara bərabər olub

2024-cü ilin üçüncü rübündə Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 4,5 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.

Bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.

O, qeyd edib ki, kapital repatriasiyası isə 4,8 mlrd. dollar təşkil edib. Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar 1,4 mlrd. ABŞ dollarına (2023-cü ilin eyni dövründə 998 mln. dollar) bərabər olub.

“Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə birbaşa investisiyalar 431 mln. dollar, Türkiyəyə 175 mln. dollar, Gürcüstana 96 mln. dollar, Birləşmiş Krallığa 87 mln. dollar və Özbəkistana 78 mln. dollar təşkil edib”- Samir Nəsirov əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər