10 C
Baku
Thursday, December 26, 2024

Azərbaycana bu il ən çox investisiya yatıran ölkələr

2024-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 391.1 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.4 faiz az investisiya yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 2343,9 milyon manatı (95,7 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 83 faizini təşkil edib.

Son xəbərlər
Digər xəbərlər