Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1 milyon 94,8 min və ya 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlibğ.
Banker.az xəbər verir ki, bu barədə, Dövlət Statistika Komitəsi məlumat yayır.
Məlumata görə, gələnlərin
- 28,5 faizi Rusiya Federasiyası,
- 26,0 faizi Gürcüstan,
- 10,9 faizi Türkiyə,
- 7,7 faizi İran,
- 3,0 faizi Birləşmiş Ərəb Əmirlikləri,
- hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan,
- hər birindən 1,6 faiz olmaqla Böyük Britaniya və Türkmənistan,
- hər birindən 1,2 faiz olmaqla Pakistan və İraq,
- 14,4 faizi digər ölkələrin vətəndaşları,
- 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.
Gələnlərin 69,1 faizini kişilər, 30,9 faizini isə qadınlar təşkil etmişdir. Qeyd edək ki, 2018-ci ilin eyni dövründə gələnlərin 67,8 faizini kişilər, 32,2 faizini isə qadınlar təşkil etmişdir.
Ölkəmizə yanvar-may aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (1,9 dəfə), Misir (1,8 dəfə), Çin (1,8 dəfə), Hindistan (1,7 dəfə), Səudiyyə Ərəbistanı (1,7 dəfə), Böyük Britaniya (42,3 faiz), Cənubi Koreya (31,4 faiz), Yaponiya (30,1 faiz), Almaniya (28,0 faiz), Kanada (27,7 faiz), Polşa (23,4 faiz) və Gürcüstan (22,7 faiz) vətəndaşları arasında qeydə alınmışdır.
2019-cu ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,8 faiz artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 3,6 faiz artaraq 380,8 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,4 faizi dəmir yolu və avtomobil, 38,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.
2019-cu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 2065,9 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 39,5 faizi İrana, 27,0 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 66,4 faizi kişilər, 33,6 faizi isə qadınlar olmuşdur.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 73,6 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,6 faiz, Türkiyəyə gedənlərin sayı isə 0,1 faiz artmışdır.
Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,8 faizi dəmir yolu və avtomobil, 15,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.