23 C
Baku
Wednesday, October 9, 2024

Azərbaycana bu il elektrik enerjisinin ixracından daxil olan valyuta azalıb

2020-ci ilin yanvar-sentyabr aylarında ixrac olunan əsas qeyri-neft mallarının siyahısında elektrik enerjisi də yer tutur.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında təqdim edilib.

Bu ilin 9 ayında Azərbaycandan 51.9 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 62.9 milyon ABŞ dolları idi. Belə ki, illik müqayisədə Azərbaycandan elektik enerjisi ixracı 11 milyon ABŞ dolları və yaxud 17.5% azalıb.

2020-ci ilin təkcə sentyabr ayında isə Azərbaycandan 9.3 milyon ABŞ dolları dəyərində elektik enerjisi ixrac olub ki, bu da 2019-cu ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur. Ötən ilin sentyabrında isə ixracın dəyəri 4.5 milyon ABŞ dolları idi.

Son xəbərlər
Digər xəbərlər