10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycana bu ilin ilk yarısı xaricdən 3.2 mlrd. dollar sərmayə cəlb edilib

Azərbaycanda birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3.2 mlrd. dollar olmuşdur.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 65.9% təşkil etmişdir. 2022-ci ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-3 122.4 mln. dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2 122.9 mln. dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (5 245.3 mln. dollar əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.4 dəfə artaraq 1 097.7 mln. dollar olmuşdur.

Birbaşa xarici investisiya ya da birbaşa xarici sərmayə qoyuluşu, portfel investisiyalarından başqa, bir və ya birdən artıq beynəlxalq investorun hamısına sahib olaraq və ya yerli bir və ya bir neçə firma ilə müştərək halda qoyula bilinən mənbələrin bir başqa ölkəyə daşınmasıdır.

Birbaşa xarici investisiyalar transmilli şirkətlər vasitəsilə reallaşmaqdadır. Çoxmillətli şirkətlərin digər dövlətlərdə investisiya qoymasını səbəbi, investisiyanın öz ölkələrinə görə daha gəlirli olmasıdır. Ancaq bu investisiya qərarında sadəcə gəlirlilik deyil, investisiya riski də nəzərə alınır. Bu risklər investisiyanın qoyulacağı ölkəyə və zamana bağlı olaraq dəyişməklə bərabər, iqtisadi və siyasi formada da ola bilər.

Son xəbərlər
Digər xəbərlər