2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 1 009 614.31 ton buğda idxal edib.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6.4%, dəyər baxımından isə 6% artıb.
2024-cü ilin 10 ayında isə Azərbaycana 205 milyon 428 min dollar dəyərində 948 815.35 ton buğda idxal edilmişdi.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1.13%-ni təşkil edib.







