17.9 C
Baku
Tuesday, May 13, 2025

Azərbaycana buğda idxalı 36% artıb

2025-ci ilin yanvar-mart aylarında Azərbaycan 287 995.37  ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 62 milyon 245 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 36%, dəyər baxımından isə 29.5% artıb.

2024-cü ilin 3 ayında isə Azərbaycana 48 milyon 74 min dollar dəyərində 211 966.87 ton buğda idxal edilmişdi.

Bu il idxal olunan 1 ton buğdanın orta statistik qiyməti 5% və ya 11 dollar azalaraq 227 dollardan 216 dollara düşüb. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1.10%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər