14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycana cari ilin ilk yarısında siqaret ixracından $14 mln. valyuta daxil olub – kəskin artım

Azərbaycan 2024-cü ilin birinci yarısında xaricə siqaret ixracını və ondan gəlirləri kəskin artırıb.

Banker.az xəbər verir ki, cari ilin ilk yarısında xaricə ümumilikdə 920.58 mln. ədəd siqaret ixrac edilib. İxrac edilmiş siqaretlərin dəyəri 14.09 milyon ABŞ dolları təşkil edib.

İxracın dəyəri illik müqayisədə 147%, dəyəri isə 253% artıb.

Keçən ilin ilk yarısında Azərbaycan xaricə 372.48 mln. ədəd siqaret ($3.99 mln.) siqaret ixrac etmişdi.

Keçən il Azərbaycandan cəmi 24.06 mln. ədəd siqaret idxal edən Gürcüstan bu il həcmi 755.39 mln. ədədə qaldırmaqla həcmi 24 dəfə artırmış olub. Buna görə Azərbaycan $12.65 mln. valyuta əldə edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin ilk yarısında 7 milyard 736.8 milyon ədəd siqaret istehsal edilib. Bu da illik 9.1 faiz artımdır.

  Tərkibində tütün olan siqaretlər, 2024 yanvar-iyun
  Miq., mlyn. ədəd  Dəy. Min $
Cəmi 921 14092
  Gürcüstan 755 12646
  Qırğızıstan 84 824
  Oman 36 232
  İraq 30 232
  Birləşmiş Ərəb Əmirlikləri 10 85
  Ölkə təyin olunmayıb 5 74

 

Son xəbərlər
Digər xəbərlər