Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana $28.54 mln. dəyərində 39 180.22 ton düyü idxal olunub.
Banker.az-ın Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistikaya əsasən apardığı hesablamalarına görə, bu göstəricilər 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14.5% və 18.9% azdır.
Qeyd edək ki, düyü idxalı bu ilin ilk 10 ayındakı idxalda 0.31% paya sahibdir.