18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycana elektrik avtomobillərin idxalı 6 dəfə artıb

2023-cü ilin yanvar-mart ayında Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 799 ədəd nəqliyyat vasitələri idxal olunub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ötən ilin yanvar-mart ayında isə Azərbaycana 189 milyon 355 min dollar dəyərində 17 102 ədəd nəqliyyat vasitələri idxal olunub. Belə ki, illik müqayisədə nəqliyyat vasitələrinin idxalı dəyər ifadəsində 22%, miqdar ifadəsində 66% artıb.

Avomobillərin 408-i (16 milyon 967 min ABŞ dolları dəyərində) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri olub. 2022-ci ilin eyni dövründə 1 milyon 977 min dollarlıq 70 ədəd elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. (miqdar ifadəsində artım 5.8 dəfə, dəyər ifadəsində 8.6 dəfə)

Son xəbərlər
Digər xəbərlər