19 C
Baku
Thursday, May 30, 2024

Azərbaycana elektrik avtomobillərin idxalı 7 dəfədən çox artıb

2023-cü ilin ilk 6 ayında Azərbaycana 46 milyon 836 min dollar dəyərində 1 124 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu il idxal edilən elektromobillərin sayı 7.3 dəfə artıb.

2022-ci ilin ilk 6 ayında Azərbaycana 4 milyon 349 min dollar dəyərində 153 ədəd elektromobil idxal edilmişdir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 159 milyon 582 min dollar dəyərində 7 329 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) idxal olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər