18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycana fevralda ən çox hansı ölkələrdən turist gəlib? – TOP 5

2022-ci ilin fevral ayında ölkəmizə 76 376 əcnəbi gəlib.

Banker.az Dövlət Turizm Agentliyinin hesabatına əsasən xəbər verir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% çoxdur. Belə ki, 2021-ci ilin fevralında ölkəyə 36 002 turist gəlmişdi.

Lakin pandemiyadan əvvəlki dövrlə, yəni 2019-cu illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı hələ də 56% azdır. 2019-cu ilin fevralında Azərbaycana 172 679 nəfər əcnəbi daxil olmuşdu.

Ölkələr üzrə statistikaya nəzər saldıqda ən çox əcnəbi Rusiya, Türkiyə, İran, Gürcüstan və Səudiyyə Ərəbistanından gəlib. Rusiyadan 23 591, Türkiyədən 18 753, İrandan 10 183, Gürcüstandan 4 644 , Səudiyyə Ərəbistanından isə 1 996 nəfər ölkəyə səfər edib.

Son xəbərlər
Digər xəbərlər