Ötən ay Azərbaycan $16 mln. 186.31 min dəyərində 2 785.94 ton meşə fındığı ixrac edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayında 1 624.29 ton meşə fındığının ixracından əldə olunan gəlir $10 mln. 355.15 min idi. İllik müqayisədə apardıqda görünür ki, cari ilin yanvar ayındakı meşə fındığı ixracı miqdar ifadəsində 71.5%, dəyər ifadəsində isə 56.3% artıb.