1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycana gələn ərəblərin sayı azalır, avropalıların artır

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min və ya 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Gələnlərin –

  • 27,3%, Rusiya Federasiyası,
  • 26,8%, Gürcüstan,
  • 11,1%, Türkiyə,
  • 8,0%, İran,
  • 3,8%, Birləşmiş Ərəb Əmirlikləri,
  • 1,8%, Ukrayna
  • 1,8%, Hindistan,
  • 1,4%, Pakistan,
  • 1,3%, İraq,

16,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 69,5 faizini kişilər, 30,5 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-aprel aylarında gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınmışdır.

2019-cu ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 34,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 27,5 faiz azalaraq 142,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,0 faiz azalaraq 282,0 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 61,1 faizi dəmir yolu və avtomobil, 38,1 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 1636,4 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 39,2 faizi İrana, 27,2 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 66,6 faizi kişilər, 33,4 faizi isə qadınlar olmuşdur.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 79,7 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,0 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,2 faiz artmışdır.

Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,7 faizi dəmir yolu və avtomobil, 15,4 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.

Son xəbərlər
Digər xəbərlər