12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycana gələn xarici vətəndaşların sayı 30% artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1893.0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29.8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 30.5 faizi Rusiya Federasiyası, 18.1 faizi Türkiyə, 7.9 faizi İran, 5.3 faizi Hindistan, 4.9 faizi Gürcüstan, 4.0 faizi Səudiyyə Ərəbistanı, 2.8 faizi Qazaxıstan, 2.6 faizi Pakistan, 1.9 faizi Özbəkistan, 1.8 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1.5 faiz olmaqla İsrail və Ukrayna, 1.4 faizi Küveyt, 1.3 faizi Belarus, hər birindən 1.2 faiz olmaqla Türkmənistan və Çin, 1.1 faizi Böyük Britaniya, 11.0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70.1 faizini kişilər, 29.9 faizini qadınlar təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7.0 dəfə, Cənubi Koreyadan – 3.4 dəfə, Türkmənistandan – 2.5 dəfə, Qazaxıstandan – 1.9 dəfə, Hindistandan – 1.9 dəfə, Polşadan – 1.9 dəfə, Misirdən – 1.8 dəfə, Qırğızıstandan – 1.8 dəfə, Tacikistandan – 1.8 dəfə, Bəhreyndən – 1.7 dəfə, Filippindən – 1.6 dəfə, İtaliyadan – 1.6 dəfə, İspaniyadan – 1.5 dəfə, Moldovadan – 1.5 dəfə, Özbəkistandan – 49.8 faiz, Belarusdan – 48.3 faiz, Rusiya Federasiyasından – 42.9 faiz, Kanadadan – 41.2 faiz, ABŞ-dan – 38.1 faiz, Küveytdən – 30.3 faiz, Gürcüstandan – 28.9 faiz, Fransadan – 26.4 faiz, Niderlanddan – 25.9 faiz, İsraildən – 24.4 faiz, Böyük Britaniyadan – 24.0 faiz, Türkiyədən – 20.6 faiz, Almaniyadan – 18.4 faiz, Ukraynadan – 12.0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 7.8 faiz artmışdır.

2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 47.1 faiz artaraq 758.3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40.7 faiz artaraq 97.4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5.4 faiz azalaraq 312.8 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71.7 faizi hava, 27.0 faizi dəmir yolu və avtomobil, 1.3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25.5 faiz artaraq 1709.4 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1.5 dəfə, Gürcüstana gedənlərin sayı 32.8 faiz, Türkiyəyə gedənlərin sayı 21.9 faiz artmış, İrana gedənlərin sayı 25.8 faiz azalmışdır. Ölkə vətəndaşlarının 44.0 faizi Türkiyəyə, 21.3 faizi Rusiya Federasiyasına, 9.0 faizi Gürcüstana, 7.6 faizi İrana, 18.1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65.1 faizini kişilər, 34.9 faizini qadınlar təşkil edib.

2023-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67.8 faizi hava, 29.8 faizi dəmir yolu və avtomobil, 2.4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

 

 

Son xəbərlər
Digər xəbərlər