7 C
Baku
Tuesday, December 30, 2025

Azərbaycana gətirilən reaktiv mühərrik yanacaqları üçün vergi və rüsum güzəştinin müddəti 1 il uzadılıb

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərarında dəişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, ölkəyə idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növləri gələn ilin sonuna qədər (daha 1 il) 15 %-lik gömrük rüsumundan azad edilib.

Bundan başqa, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növlərinin 1 tonu üçün aksiz vergisinin 80 manatdan 1 manata endirilməsi müddəti gələn ilin sonuna qədər (daha 1 il) uzadılıb.

Son xəbərlər
Digər xəbərlər