5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycana gətirilən və aparılan valyuta haqda qanunvericilik dəyişdirilir

“Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 14-1-ci maddəsi yeni redaksiyada təklif olunur.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Dəyişiklik layihəsi parlamentin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.

MənbəAzVision
Son xəbərlər
Digər xəbərlər