Azərbaycan 2019-cub ilin yanvar-oktyabr ayları ərzində 114,98 mln. manatlıq efir yağları və rezinoidlər; ətriyyat, kosmetik və tualet vasitələri idxal edib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu öncəki ilin eyni dövrü ilə müqayisədə 18% artımın olması deməkdir.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 97,42 mln. manatlıq bu növ məhsullar idxal olunmuşdu.
Bundan əlavə, Azərbaycandan xaricə bu növ məhsulların ixracı da gerçəkləşib. Belə ki, hesabat dövrü ərzində 584.12 min manatlıq cəmi məhsul ixrac olunub.
Ölkəyə hesabat dövrü ərzində 80,38 mln. manatlıq sabun, səthi-aktiv üzvi maddələr, yuyucu vasitələr, sürtkü materialları, süni və hazır mumlar, təmizləmə və cilalama üçün tərkiblər, şamlar və analoji məmulatlar, yapma üçün pasta, plastilin, «diş müalicəsi mumu» gətirilib. Lakin, bu məhsulların həcmi ötən ilin eyni dövründə 87,86 mln. manat təşkil edirdi – bu isə azalma olması deməkdir.