14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycana Gürcüstan və Rusiyadan idxal edilmiş kartoflar çürük çıxıb

Azərbaycana Gürcüstan və Rusiyadan idxal olunmuş kartoflarda çürümə aşkarlanıb.

Belə ki, “Əkinçi -10 2021” MMC tərəfindən Gürcüstanda fəaliyyət göstərən “LIMA” şirkətindən və Rusiyada fəaliyyət göstərən S.N.Sovzıxonoviçə məxsus müəssisədən ölkəmizə idxal olunan 45 ton ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə (fitopatogen bakteriyalar: Clavibacter michiganensis subsp. Sepedonicus) aşkar olunub.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

AQTA-dan bildirilir ki, aşkar edilmiş faktla bağlı məhsulun məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Son xəbərlər
Digər xəbərlər