Bu ilin yanvar-fevral aylarında Azərbaycan 18 min 557 ton ilkin formalarda polipropilen ixrac edib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə polipropilenin dəyəri 19 milyon 778 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 milyon 325 min ABŞ dolları (36.8 %) və 1 092 ton (6.3 %) çoxdur.
Azərbaycanın ilk iki ayda polietilen ixracı isə 24 371 ton təşkil edib ki, bu həcmdə məhsulun dəyəri 23 milyon 616 min ABŞ dolları təşkil edib.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 193 ton (27.07 %) az və 10 milyon 201 min ABŞ dolları (76%) çoxdur.